logo

Pulsuz dəvətnaməni əldə et

A2 Xaricdə Təhsil Sərgiləri

a² Beynəlxalq Təhsil Sərgiləri 2001-ci ildən bəri 30 illik təcrübəsi ilə Türkiyə, Azərbaycan, Qazaxıstan, Mərakeş, Ukrayna və Böyük Britaniyada ən uğurlu xaricdə təhsil sərgilərini təşkil edir. Sərgilərimizdə ABŞ, Kanada, İngiltərə, Avstraliya başda olmaqla onlarla ölkədən təhsil müəssislərinin nümayəndələri iştirak edir. Hər il a2 Təhsil Sərgiləri 100.000-dən artıq ziyarətçini dünyanın müxtəlif ölkələrindən gələn təhsil müəssisələri ilə bir araya gətirir.

Son bir neçə il ərzində 56 ölkədən 900-dən çox qurum öz məktəblərini tanıtmaq və xaricdə orta məktəb, sertifikat proqramları, bakalavr, magistratura, dil proqramları istəyən minlərlə tələbə ilə görüşmək üçün a² Beynəlxalq Təhsil Sərgilərində iştirak etmişdir. Sərgilərimiz yerli və beynəlxalq təşkilatlar, səfirliklər, mədəniyyət mərkəzləri tərəfindən də dəstəklənir.

Sərgilərimizdə siz dil kursları, bakalavr, magistratura və doktorantura pillələri, beynəlxalq sertifikat proqramları, MBA proqramları, imtahan hazırlıq kursları, yay məktəbləri, təqaüd proqramları və daha bir çox sahədə ətraflı məlumat əldə edə bilərsiniz.